Azərbaycan komandası qızıl medal qazandı

  • By admin
  • 24 Aprel 2022 14:37

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Gununsesi.info-nun xəbərinə görə, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

Gununsesi.info