Azərbaycan kommunistləri “Oktyabr inqilabı”nı qeyd edirlər

  • By admin
  • 07 Noyabr 2016 12:10
kominist
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 – cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Bu barədə Gununsesi.info-ya AKP-nin mətbuat xidmətindın verilib.
Konfransı giriş sözü ilə  KPİ – Sov.İKP İK, Mərkəzi Şurasının  üzvü,  Azərbaycan Kommunist Partiyası   Mərkəzi Komitəsinin  sədri Rauf Qurbanov açaraq Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik konfrnas iştirakçılarını təbrik edərək, keçilən yola qısa da olsa  tarixi nəzər salıb.
Tədbirdə  AKP MK  və  BSZİ MİK RH – nin üzvü, Azərbaycan Sovet Zabitlər İttifaqı İcrayə Komitəsinin sədri  A. Şiriyev “Dünya BOSİ 100 illiyi ərəfəsində” mövzusunda  geniş və əhatəli məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında AKP MK üzvü, Azərbaycan KP Lənkəran RK -nin birinci katibi N. Bağırov, AKP Beyləqan RK -nin birinci katibi İ. Məhərrəmov, AKP Bakı şəhəri, Suraxanı RK-nin birinci katibi Ə. Cabbarov və AKP MK üzvü əmək veteranı A. Məmmədov çıxış ediblər.
Gununsesi.info