Azərbaycan mallarını Ermənistana buraxan gömrük rəisi həbs olundu

  • Müəllif: admin
  • 26 May 2017 11:06

1487077375

Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən, Gürcüstanla sərhəddəki “Bavra” gömrük-keçid məntəqəsinin rəisi rüşəvət almaqda ittiham olunaraq həbs edilib.

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, “Bavra” gömrük keçid məntəqəsinin rəisi mayın 25-də həbs edilib və barəsində baş prokurorluqda cinayət işi açılıb.

Həbslə bağlı baş prokurorluğun yaydığı məlumatda bildirilib ki, gömrük məntəqəsinin rəisi daxil olan informasiyalar əsasında həbs edilib. Gömrük rəisinin rüşvət müqabilində idxal və ixrac edən şəxlərdən rüşvət aldığı bildirilir.

Bəzi erməni ekspertlər isə onun son vaxtlar Azərbaycan məhsullarının Ermənistana idxal edilməsinə  diqqət yetirmədiyinə görə həbs olunduğunu dilə gətirirlər. Qeyd edək ki, bir müddət öncə Azərbaycan alması və digər məhsulların Ermənistan bazarlarında və ticarət köşklərində  satışı ilə bağlı geniş rezonansa səbəb olan məlumatlar  yer almışdı.

Gununsesi.info