Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

  • By admin
  • 13 Avqust 2022 09:34

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, millimiz final qarşılaşmasına vəsiqə uğrunda Türkiyə komandası ilə mübarizə aparacaq.

Yarımfinal oyunu avqustun 14-də, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Gununsesi.info