“Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır” – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 09 Dekabr 2016 15:25

 azcan

“Tutulan şəxslərin “reket”liklə məşğul olması sübut olunubsa, deməli, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının əməliyyat keçirməsi doğru addımdır”.

Gununsesi.info-nun məlumatına görə, bu haqda  Azərbaycan Nəşriyyatının direktor müavini Rauf Cəfərov  həbs edilənlərlə bağlı verdiyi açıqlamada belə deyib.

O qeyd edib ki, “reket” jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir: “Kimisə şantaj ediblərsə, onların məsuliyyətə cəlb edilməsi doğru addımdır. Onlarla münasibətim olmayıb, tanlışlığım da yoxdur”.

R.Cəfərov “reket” jurnalistlərin daha çox Azərbaycan Nəşriyyatının binasında fəaliyyət göstərməsi ilə bağlı iddialara da münasibət bildirib: “Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır. Onlar müqavilə əsasında ofis kirayələyirlər, daxili işlərinə qarışa bilmərik. Onların nə iş gördükləri ilə bağlı məlumatımız yoxdur”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün öncə keçirdiyi əməliyyat nəticəsində “Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin baş redaktorları və digər şəxslər saxlanılıb.

Gülnaz Qənbərli

Gununsesi.info