Azərbaycan nefti bahalaşıb

  • By admin
  • 11 Oktyabr 2016 10:16

neft
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,12 dollar və ya 2,13% bahalaşıb.
Gununsesi.info xəbər verir ki, bu gün “AzeriLight” markalı neftin bir barelinin qiyməti 53,76 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Anar
Gununsesi.info