Azərbaycan nefti yenidən ucuzlaşdı

  • Müəllif: admin
  • 31 May 2017 08:30

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,41 dollar və yaxud 0,78% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 52,30 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info