Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib - FOTOLAR

  • By admin
  • 22 İyun 2017 12:10

ordu telim4

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib. 

Gununsesi.info-nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

ordu telim

ordu telim3

ordu telim4

ordu telim5

ordu telim6

Gununsesi.info