Azərbaycan Ordusunun Türkiyə modeli əsasında qurulması sürətləndirilir

  • By admin
  • 07 Mart 2022 14:50

Azərbaycan Ordusunda Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin tətbiqinin sürətləndirilməsi tapşırılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tapşırıq verib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Gununsesi.info