Azərbaycan pasportu 101 ölkə içində 74-cüdür

  • By admin
  • 01 Aprel 2017 14:05

54915D66-AC87-4D11-8B15-13FE6B02E0FB_mw1024_mh1024_s
İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən “Nomad Capitalist” şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 101 ölkənin pasportları qiymətləndirilib.

Belə ki, Azərbaycan pasportu 101 ölkə pasportu arasında 74-cü yeri tutub. Rusiyanın pasportu 51, Gürcüstanınkı 68, Türkiyəninki 52, Ermənistanınkı 78, İranın pasportu isə 95-ci yerdədir.

Anar
Gununsesi.info