
Türkiyənin “Roketsan” şirkəti aldığı sifariş əsasında Azərbaycana “Qasırğa T-300” reaktiv sistemlərini verməsini başa çatdırıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın sifariş verdiyi “Qasırğa T-300” reaktiv sistemini tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.
Qeyd edək ki, “Roketsan” şirkəti bundan əvvəl Azərbaycana 122 mm-lik raketlər atan “Sakarya” reaktiv yaylım atəşi sistemlərini də satıb. “Qasırğa T-300” sistemləri isə regionda ən güclü və ən dağıdıcı reaktiv sistemdir. Bu sistem 300 millimetrlik raketlərlə təchiz olunub və 150 kilometr məsafədən hədəfi darmadağın edə bilir.
https://youtube.com/watch?v=9UWymAWEz2s
Anar
Gununsesi.info










