Daha bir intihar - 3 uşaq anasız qaldı

  • By admin
  • 28 Sentyabr 2016 12:03

intihar-kadin-300x225

Qobustan rayonunda gənc ana intihar edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.

Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info