Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verdi

  • By admin
  • 06 Fevral 2023 09:12

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında paylaşım edilib.

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Gununsesi.info