Arvadını öldürdü, sonra sirkə turşusu içdi

  • By admin
  • 06 Fevral 2023 09:14

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri intihara cəhd edib.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Fakt üzrə araşdırma aparılır.

Gununsesi.info