Azərbaycan Silahlı Qüvvələrinin daha iki şəhidinin adı açıqlandı – YENİLƏNMİŞ SİYAHI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusunun adı açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Belə ki, Ermənistan ordusunun təxribatının qarşısına alarkən Azərbaycan Ordusunun baş leytenantı 11.10.1997 təvəllüdlü Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və 10.07.2003 təvəllüdlü әsgәr Omarov Eşqin Nәsib oğlu şəhid olublar.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Gununsesi.info