Azərbaycan telekanalında 18+ reklamı efirə verilir

  • By admin
  • 06 İyul 2017 17:45

telekanal1

“Dünya” televiziyasının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə “Kişi ürəyi” adlı dərman vasitəsinin (18+) reklamı efirə verilir. Televiziya efirlərində reklamlarla bağlı məqamlar qanunla tənzimlənsə də, bəzi telekanalların buna əməl etmədiyi görünür.

Gununsesi.info xəbər verir ki, bu cür reklamların efirə verilməsinə münasibət bildirən Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bu istiqamətdə monitorinqlər apardıqlarını və zaman-zaman telekanallara bununla bağlı xəbərdarlıq etdiklərini dedi.

Publika.az-a danışan T.Dadaşov bunları söylədi: “Lakin “Dünya” TV-nin efirində “Kişi ürəyi” prostat dərmanı reklamında ciddi bir pozuntu yoxdur. Yəni mətn çox açıq-saçıq deyil. İzlədim reklam saat 22.50-də verilib. Ən əsas məqam isə mətn cinsi zəifliklə bağlı deyil, məzmin sadəcə ağrılarla əlaqədardır. Bu mənada bu reklamın efirə verilməsində ciddi bir problem yoxdur. Amma bu məsələni diqqətimizdə saxlayacağıq”.

T.Dadaşov son vaxtlar telenallarda dərman reklamlarında ciddi pozuntularla qarşılaşmadıqlarını dedi.

Gununsesi.info