Azərbaycan XİN sözçüsü Ned Praysa cavab verdi

  • By admin
  • 25 Yanvar 2023 12:57

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı açıqlamasına cavab verib.

Gununsesi.info xəbər verir ki, A.Hacızadə bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib:

“Hörmətli Dövlət Departamentinin sözçüsü, 1000-dən çox avtomobilin Azərbaycanın Qarabağ bölgəsinə yük daşıması sizin yanvarın 24-ü dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətlərə son qoymağa çağırmaq daha yerinə düşərdi”.

Gununsesi.info