Dərman problemi ilə bağlı qanun layihəsi hazırlanır

  • By admin
  • 25 Yanvar 2023 12:59

Ölkəyə gətirilən dərmanların gömrükdən keçirilməsində müəyyən problemlər yaranır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Bu barədə bizim müvafiq qurumlarla görüşlərimiz olub. Bu sahədə problemin həll olunması ilə bağlı qanun layihəsi hazırlanır. Ümid edirəm ki, bu problemin həlli üçün müəyyən rol oynayacaq”, – komitə sədri deyib.

Gununsesi.info