Azərbaycana gələn turistlər bu ölkələrdəndir – SİYAHI

  • By admin
  • 17 Sentyabr 2021 14:43

Cari ilin avqust ayında 77 min 119 turist Azərbaycanı ziyarət edib.

Dövlət Turizm Agentliyindən Gununsesi.info-a verilən məlumata görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 faiz artım deməkdir.

Bu ilin ötən ayında ölkəmiz ən çox Rusiya, Türkiyə, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərindən turist qəbul edib. Belə ki, avqustda Rusiyadan 25 min 499, Türkiyədən 21 min 139, İrandan 10 min 650, Gürcüstandan 5967, BƏƏ-dən isə 1609 əcnəbi Azərbaycana gəlib.

Qeyd edək ki, avqustda turist axını iyun və iyul ayları ilə müqayisədə aşağı olub. Belə ki, iyun və iyulda ölkəyə gələnlərin sayında artım ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 156 və 197 faiz olmuşdu.

Gununsesi.info