
Son iki ayda Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, mart ayında da ölkəyə gələn turistlərin sayı həddindən artıq çox olub.
“Məhz buna görə də sərhəd-keçid məntəqləri və gömrük orqanları gücləndirilmiş iş rejimində çalışıblar.
Məqsəd də ölkəyə gələn turistlərin giriş-çıxışını təmin, təşkil etmək olub.
Hesab edirəm ki, yay aylarında da ölkəyə turist axını çox olacaq”– deyə, komitə sədri vurğulayıb.
Mürtəza
Gununsesi.info











