Azərbaycanda 10-dan çox deputat virusa yoluxdu - SİYAHI

  • By admin
  • 22 Noyabr 2020 13:07
Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər. Xeyli sayda deputatın test nəticəsi pozitiv çıxıb. Bu siyahıda Vüqar Bayramov və Soltan Məmmədovun adları da var.
Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi.
Koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı, deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır.
Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “COVİD-19″a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı, açıq havada da maskasız gəzmək qadağan olunub.
Gununsesi.info