Azərbaycanda 26 tibb bacısının diplomu saxta çıxdı

  • Müəllif: admin
  • 17 May 2017 15:30

1487082299_271892

Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26  saxta diplom aşkarlanılıb.

Gununsesi.info xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir:

“Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib”.

Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib:

“ Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub”.