İxtisas seçimi ilə bağlı məhdudiyyət aradan qaldırılır

  • By admin
  • 22 May 2018 16:37

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır.

Gununsesi.info xəbər verir ki,  bununla bağlı “Təhsil haqqında” qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsində dəyişiklik edilir.

 Maddənin 5-ci bəndi yeni redaksiyada verilir. Belə ki, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qeyd edək ki, hazırda qüvvədə olan bənddə qeyd edilir ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.