Azərbaycanda dəhşətli hadisə - YARALILAR VAR

  • By admin
  • 30 Mart 2022 14:42

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlaxda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Publika.az-a daxil olan məlumatda deyilir:

“Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərinin Malbinəsi kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

*****

Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

Hadisə yolun 9-cu kilometrliyində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər – Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü S.İsmayılov, Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Z.Aslanov, Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü S.Rzaquliyeva, Goranboy rayon sakini, 1953-cü il təvəllüdlü T.Aslanova və daha bir qadın xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info