Azərbaycanda da  “fətullahçılar”ın həbsinə başlanılır -PROSESƏ START VERİLDİ

  • By admin
  • 20 İyul 2016 15:21

gulen

Azərbaycanda növbəti “gülənçi” əməliyyatına start verildi. Artıq Azərbaycanda Gülən camaatının nəzarətində Qafqaz Universiteti və “Zaman-Azərbaycan” qəzeti qapadıldı. Gununsesi.info-ya daxil olan məlumata görə, başlanan proses bununla bitməyəcək və davam edəcək. Çünki Azərbaycanda da Gülən camaatının yetərincə qüvvəsi var və bu dəstə mütəşəkkil qaydada fəaliyyət göstərir. Azərbaycanda olan Gülən camaatna üzv olan dəstələrin təkcə təhsil sahəsində deyil, eyni zamanda səhiyyə, hüquq-mühafizə sistemində, özəl sektorda çalışırlar. Azərbaycanda yetərincə yüksək vəzifələrdə Gülən camaatının üzləri var. Düzdür,  onlar bunu inkar edir. Ona görə ki, Gülən camaatının qaydalarının biri də öz məxfilyini qoruyub saxlamaq və özlərini deşifrə etməməkdir. Bununla belə Gülənçilər bir-birlərini yaxşı tanıyır və məlumata malikdirlər. Buna baxmayaraq üzvlərlə bağlı məxfiliyi qoruyub saxlayırlar. Ancaq Gülənçilərə məxsus tapşırıqları yerinə yetirən zaman lazımi parollardan istifadə edirlər. Bu tapşırıqların icrası isə məcburidir. Əldə etdiyimiz məlumata görə, artıq Azərbaycan hakimiyyəti də ölkədə Gülənçilərin törədəcəyi təxribat önləmək və onun qarşısını almaq üçün hərəkətə keçib. Bu məqsədlə xüsusi xidmət orqanları Gülən camaatına xidmət edən şəxslərin siyahısı hazırlanıb və onların fəaliyyətini nəzarətə götürüb. Gülən camaatının kütləvi toplandığı yerlərdə xüsusi xidmət orqanlarının nəzarəti gücləndirilib. Qafqaz universiteti və “Zaman-Azərbaycan” qəzetinin bağlanması ardınca digər sahələrdə fəaliyyət göstərən “Gülənçilərin” fəaliyyətinin qapadılması gözlənilir. Bununla yanaşı vəzifədə çalışan Gülənçilərin də öz vəzifələri ilə vidalaşması gözlənilir. Xatırladaq ki, üç il bundan öncə də “Gülənçi” şəxslərin vəzifədən çıxarılması və onların Azərbaycandakı yuvalarının dağıdılması istiqamətində prosesi gedib. Amma bir müddətdən sonra bu əməliyyat dayandırıldı. İndi isə bu prosesə yenidən start verilib. Artıq planlar hazırdır və ardıcıllıqla həyata keçiriləcək.