Azərbaycanda daha bir quruma elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər

  • By admin
  • 21 Dekabr 2017 15:44

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (AREA) elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər.

Gununsesi.info “report”-a istinadən xəbər verir ki, bunu AREA-nın publik hüququ şəxs olmasından sonra maliyyələşməsi məsələlərinə aydınlıq gətirən qurumun sədrinin müavini Nurəli Yusifbəyli deyib.

N.Yusifbəyli deyib ki, tariflərin müəyyən edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən qaynaqlanmaq mümkündür: “Hazırda elektrik enerjisini Tarif Şurasının tənzimlədiyi topdansatış qiymətlə – 5,5-5,7 qəpiyə “Azərenerji” ASC-yə satırıq”.

Agentlik rəsmisi su elektrik stansiyalarının həm “Azərenerji”nin, həm də AREA-nın nəzarətində olmasına da aydınlıq gətirib: “Hər şeyin bir zamanı var. Yəqin ki, bu gün enerji axınlarının tənzimlənməsi və enerji təhlükəsizliyi baxımından belə tələb olunur. Ola bilsin sabah-birisi gün islahatlar nəticəsində başqa bir qərar verilsin”.

Gununsesi.info