Azərbaycanda daha iki bank birləşir - İLİN SONUNA QƏDƏR QƏRAR VERİLƏCƏK

  • Müəllif: admin
  • 26 Oktyabr 2017 11:46

bank

Bu ilin sonuna qədər Azərbaycanda ən azı iki bankın birləşməsi ilə bağlı qərar qəbul ediləcək. 

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Bununla belə, o, birləşəcək bankların adlarını açıqlamayıb. Z.Nuriyev sadəcə qeyd edib ki, hazırda ABA ilə həmin banklar arasında bu barədə danışıqlar gedir.

Gununsesi.info