Pakistanın sabiq baş naziri Nəvaz Şərif həbs olunur - MƏHKƏMƏ ORDEN VERİB

  • Müəllif: admin
  • 26 Oktyabr 2017 11:40

navaz

Pakistanın Korrupsiya İşləri üzrə Məhkəməsi sabiq baş nazir Məhəmməd Nəvaz Şərifin həbsinə order verib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, M.N.Şərif, qızı Məryəm Nəvaz və onun əri Məhəmməd Səfdər mülkiyyətin idarə edilməsi haqqında saxta müqavilə və qeyri-mötəbər məlumatlar təqdim etməkdə ittiham edilir.

Qeyd edək ki, 3 dəfə baş nazir olmuş M.N.Şərif 2017-ci il iyulun 28-də istefa verib.

Gununsesi.info