Azərbaycanda elektrik enerjisi bazarını tənzimləyən yeni qanun hazırlanır

  • By admin
  • 17 Oktyabr 2017 12:04
energetik
Energetika Nazirliyi Azəbaycanda elektrik enerjisi bazarı tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır. 
“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin artıq ilkin variantı hazırdır.
Bu barədə Gununsesi.info-ya nazirlikdən məlumat verilib.
 
Qanun layihəs i“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun formada hazırlanır  və gələcəkdə ölkədə  elektrik enerjisi bazarının inkişaf etdirlməsinin və fəaliyyət prinsiplərinin istiqamətləri, özəl sektorun iştirakını  təmin edəcək qaninverici bir baza rolunu oynayacaq. Qanun layihəsi eyni zamanda elektrik enerjisi bazarının fəaliyyətini  hüquqi müstəvidə fəaliyyət istiqamətlərini və  hüquqi mexanizmləri tənzimləyəcək.
Nazirlikdən o da bildirilib ki, adı çəkilən qanun layihəsi Energetika Nazirliyi ilə  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə hazırlanıb.
Qanun layihəsinin ilkin variantı oktyabrın 16-da nazirlikdə nazir müavini Gülməmməd Cavadovla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis və qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti arasında keçirilən görüşdə də müzakirə olunub.
Görüşdə nazir müavini ilk olaraq “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılması barədə geniş məlumat verib. Bu məqsədlə USAİD-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. O, layihənin ilkin variantının Nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.
Qurumun Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji yol xəritəsi çərçivəsində  lazımi köməyi göstərməyə hazır olduqlarını deyib. USAİD-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.
Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində Nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.
 
Mürtəza
Gununsesi.info