Azərbaycanda FACİƏ: ana və körpəsi doğuş zamanı öldü

  • By admin
  • 14 Noyabr 2021 20:25

Saatlıda ana və körpə ölümü baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Rayonun Nəsimikənd kənd sakini, 1991-ci il təvəllüdlü Bəkirova Səkinə Əziz qızı və körpəsi doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info