Azərbaycanda institutun sabiq baş mühasibi cinayət məsuliyyətinə cəlb olunub

  • By admin
  • 17 Fevral 2023 13:44

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq baş mühasibi Ərəstun İbadov cinayət məsuliyyətinə cəlb olunub.

Gununsesi.info APA-a istinadən xəbər verir ki, Ərəstun İbadov işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəməyə yol verməsi faktı ilə bağlı istintaqa cəlb olunub.

Bundan əvvəl qeyd olunan idarənin sabiq direktoru Hüseynağa Feyzullayev də işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus pul vəsaitini mənimsəməsi faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Hüseynağa Feyzullayevin işlədiyi dövrdə yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsədiyi iddia olunur.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2. (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə ibtidai istintaq başa çataraq baxılması üçün məhkəməyə göndərilib.

Gununsesi.info