
“Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın zorakılığa məruz qalır”.
Gununsesi.info xəbər verir ki, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.
O bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar: “Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər…”.
A. Veysəlova yetkinlik yaşına çatmayan uşaqların da zorakılığa məruz qaldıqlarını deyib.
Gununsesi.info












