Azərbaycanda koronavirus infeksiyasına 7 148 yeni yoluxma faktı

  • By admin
  • 16 Fevral 2022 20:45

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni yoluxma faktı qeydə alınıb, 7 387 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib. 46 674 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, bu günə qədər isə ümumilikdə 6 432 504 test icra olunub.

 

 

Gununsesi.info