Azərbaycanda koronavirus səbəbindən kütləvi dezinfeksiya etmələrə başlanıldı – 4 mindən çox təhsil müəssisəsi təmizləndi

  • Müəllif: admin
  • 07 Mart 2020 17:35

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlər çərçivəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 4250 təhsil müəssisəsində artıq dezinfeksiya işləri aparılıb.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 Onun sözlərinə görə, hazırda digər müəssisələrdə də bu tədbirlər davam etdirilir.

Gununsesi.org