
Ötən il Azərbaycanda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb.
Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
2016-2017- ci tədris ilindən ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub. Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.
Respublika fənn olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb. İştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.
Gununsesi.info












