Azərbaycanda maliyyə xidməti bahalı sahə olaraq qalmaqdadır - Rüfət Aslanlı

  • By admin
  • 19 Sentyabr 2016 13:21
rufat
“Azərbaycanda maliyyə xidməti bahalı sahə olaraq qalmaqdadır. “Kredit büroları haqqında” qanun layihəsinin qəbul edilməsi, bu sahənin əlçatanlılığını  və vətəndaşların maliyyə xidmətindan daha rahat formada istifadə etməsini təmin etməkdir”.
Gununsesi.info xəbər verir ki, Maliyyə Bazarlarına  Nəzarət Palatasının Direktorlar Şurasının (MBNP) sədri Rüfət Aslanlı  “Kredit büroları” haqqında qaunun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  dünyanən əkəsr ölkələrində insanlar  maliyyə xidməti sahəsində  rahat istifad edə bilsələr də, Azərbaycanda maliyyə xidməti sahəsi bahalı xidmət sahəsi və problemli sahə olmaqda qalmaqdadır. “”Kredit büroları haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarəıb və bunun qəbul edilməsində də hədəf bu xidmət sahəsinin  daha səmərəli, keyfiyyətli  fəaliyyət göstərməsinə, eyni zamanda kreditlərin verilməsindəki problemlərin və risklərn azaldılmasına nail olmaqdır”- deyə, R. Aslanlı vurğulayıb.
Qanun layihəsi haqqında məlumat vetrən R. Aslanlı bilduirdi ki, qanun layihəsi hazırlanarkən beynəlxalq parktika öyrənilib və kredit büroların yaradılması məqsədi ilə İslandiyanın “İnfo kredo” şirkəti isı məsləhətçi şirkət  seşilib.
 Qanun layihəsinin əsas məqsədi maliyyə bazarlarında  maliyyə intizamı, xüsusən də kreditin verilməsi, onun yönləndirilməsi və geri qaytarılması sahəsində intizamı və bank sektorunda şəffaflığı  təmin etməkdir. Kredit büroları məhdud məsuliyyətli və ya səhmdar  cəmiyyət formasında  yaradılacaq.  Kredit büroları vətəndaşa kredit verərkən kredit verəcək fiziki və hüquqi şəxsin kreditin hara yönləndirilməsi və onun geri qaytarılmasının mümkünlüyünə təhlil etdikdən və bu kreditlərin qaytarılmasına təminat  məsələsi  təhlil edildikdən sonra veriləcək. Burada eyni zamanda kreditin götürülməsi zamnaı vaxt qısaldılacaq və üç iş günü müddətində kredit götürüləcək şəxsə müsbət və ya mənfi cavab veriləcək”- deyə, o əlavə etdi.
R.Aslanlı əlavə etdi ki, kredit büroları isə qanun qəbul edildikdən bir il sonra fəaliyyət göstərməyə başlayacaq: “İlkin olaraq 15 bank və islandiya şirkəti  kredit bürosunun yaradılmasında iştirak edəcək”.
 Qanun layihəsi müzakirələrdən sonra parlementin plenar iclasında müzakirə olunmaq üçün tövsiyyə olundu.
Mürtəza
Gununsesi.info