“Azərbaycanda peşə təhsili alanlara bakalavr dərəcəsi vermək mümkün deyil” - FAMİL MUSTAFAYEV

  • By admin
  • 15 Noyabr 2017 16:24

Gələcəkdə peşə təhsilində bakalavr dərəcəsi tətbiq etmək olar.

Gununsesi.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev Milli Məclisin elm və təhsil komitəsinin iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, indki halda peşə təhsilində bakalavr dərəcəsini vermək tezdir və biz buna hazır deyilik: “Hətta bəzi Avropa ölkələrində peşə təhsilində bakalavr dərəcəsi verilsə də, magistr verilmir. Çünki onlar da magistr dərəcəsinə keçidi tez hesab edirlər. Azərbaycanda da  peşə təhsili alanlara bakalavr dərəcəsi vermək mümkün deyil. Vaxtı çatanda biz də baklavr dərəcəsini verə bilərik”.

Peşə təhsili sahəsinə sahibkarların cəlb edilməsinin zəruriliyini qeyd edən agentlik rəhbəri deyib ki, indiki şəraitdə sahibkarları bu sahəyə cəlb etmək qeyri-mümkündür: ”Çünki bu sahə gəlir gətirmədiyindən sahibkarlar bu sahəyə maraq  göstərmir. Amma biz onları bütün növ vergilərdən azad etməklə peşə sahəsində sərmayə qoyuluşuna nail ola bilərik. Biz sahibkarları vergilərdən azad etməklə bu sahəyə cəlb edib, peşə təhsili sahəsinin inkişafına töhfə vermiş olarıq. Ona görə də biz qanunun işlək olması və sahibkarların bu sahəyə cəlb olunması üçün Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün qanunda  təməlini qoymalıyıq”.

Mürtəza

Gununsesi.info