Azərbaycanda prezident seçkisinə müdaxilə etmək cəhdləri var

  • By admin
  • 09 Aprel 2018 13:35

“Azərbaycanda prezident seçkisinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı. Əgər Azərbaycanda prezident seçkisinə müdaxilə etmək cəhdlərinin olmadığını söyləsək, sadəlövhlük olardı”. Gununsesi.info xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov deyib.

MSK sədri təəssüf hissi ilə bildirib ki, cəhdlər, müdaxilə arzusu, bugünkü dünyanın bir reallığına çevrilmişdir: “Eyni zamanda, seçki prosesinə müdaxilə etməyə çalışanlara “buna cəhd etməməyi” məsləhət görüb. O, qeyd edib ki, əvvəlki illərdə belə cəhdlər uğursuz oldu, çünki “onların vacib amil hesab edilən sosial bazası yox idi”.
MSK sədri bildirib ki, seçki kampaniyası zamanı qurum ciddi pozuntular qeydə almayıb.
Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Gununsesi.info