“Azərpoçt”a yeni baş direktor təyin edilib

  • By admin
  • 09 Aprel 2018 13:22

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.
Gununsesi.info xəbər verir ki, Emin Əfəndiyev aprel ayından yeni vəzifəsinin icrasına başlayıb. O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.
E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer Kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, 2015-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında, “Bank MBA-Moskva”da İdarə Heyətinin sədri vəzifəsində işləyib.
Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

Gununsesi.info