Araz Ağalarovdan həbs edilən dağıstanlı milyarderə tərs şillə - "YEYİNTİYƏ YOL VERİB"

  • By admin
  • 09 Aprel 2018 13:18

Ziyavuddin Maqommedovun rəhbərlik etdiyi şirkət stadion tikintisində xeyli yeyintiyə yol verib.

Gununsesi.info xəbər verir ki, bunu Crocus Groupun rəhbəri Araz Ağalarov rbc-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyinin tapşırığı əsasında bizim şirkətə Rostovda və Kalininqradda stadion tikilməsi həvalə edilib.

“Kalinqradda tikilməkdə olan staidona baxış keçirəndə orada ciddi problemlərin olduğunu gördük. Məhz orada olan çatışmazlıqlara və problemlərə görə cinayət işi açılıb. Orada tikintini  Ziyavuddin Maqommedovun  rəhbərlik etdiyi “Summa “ qrupuna daxil olan  “Qlobalelektroservis” şirkəti aparıb.  Məhz bu gün Z. Maqommedova qarşı qaldırılan cinayət işlərindən biri də Kalinqraddakı stadionun tikintisindəki yeyinti faktları ilə bağlıdır”.- deyə, A. Ağalarov bildirib.

Gununsesi.info