Sarkisyan and içdi

  • By admin
  • 09 Aprel 2018 13:14

Ermənistanda yeni seçilən prezidentin inauqurasiya mərasimi keçirilib. Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Armen Sarkisyan bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən təşkil olunan xüsusi mərasimdə and içib.
Qeyd edək ki, aprelin 2-də A. Sarkisyan ölkənin yeni prezidenti seçilib. A.Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.
2015-ci ildə qəbul edilən yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

Gununsesi.info