Azərbaycanda qazel markalı avtomobillərin hazırlanması nəzərdə tutulub

  • Müəllif: admin
  • 08 İyun 2018 15:33

“Azərbaycanda qazel markalı maşınlar da istehsal olunacaq”

 “Yaxın zamanlarda Hacıqabul və Sabirabad rayonlarında Sənaye müəssisələri yaradılacaq”.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Allahverdi Paşayev bildirib.

 Onun sözlərinə görə, bir neçə aya fəaliyyətə başlayacaq Hacıqabul Sənaye Məhəlləsində Qazel markalı avtomobillərin hazırlanması nəzərdə tutulub: “Bu da ölkədəki avtomobil bazarına yeni bir ruh gətirəcək”.