Azərbaycanda sevilən futbol klubu Ermənistan yığmasının kapitanını alır

  • By admin
  • 24 İyun 2016 11:34
600@0

“Mançester Yunayted” erməni futbolçuya 40 milyon avro ödəməyə hazırdır

 

Azərbaycanda kifayət qədər çox azarkeşi olan “Mançester Yunayted” klubu Ermənistan yığmasının kapitanı Qenrik Mxitaryanı transfer etmək istəyir. Gununsesi.info xəbər verir ki, Britaniyanın ən titullu klubu erməni əsilli futbolçuya 40 milyon avro (67 milyon 148 min AZN – red.) ödəməyə hazırdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Qırmızı Şeytanlar” “Borussiya” Dortmund klubunda çıxış edən futbolçu ilə artıq razılığa gəliblər. Məlumata görə, müqavilə yaxın günlərdə imzalanacaq. Futbolçunun özü bir müddət əvvəl “Mançester Yunayted”ə keçmək istədiyini deyib. Mxitaryanın dortmundlularla müqaviləsi 2017-ci ilin yayına qədərdir. Lakin erməni yarımmüdafiəçi klub ilə müqaviləsini artırmaq istəmir.

“Mançester Yunayted”in yeni baş məşqçisi portuqaliyalı Joze Mourinyodur. Klub son üç mövsüm heç də yaxşı dövrünü yaşamır. Əfsanəvi məşqçi ser Aleks Ferqüsson komandadan ayrılandan sonra klub zəif çıxış etməyə başlayıb. Ötən mövsüm “Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşaraq Çempionlar liqasına vəsiqə qazana bilməyib. (Anspress)