Fransa XİN başçısı Britaniyadakı referenduma görə məyusdur

  • By admin
  • 24 İyun 2016 11:39

Jan-Mark Eyro

 

Fransa xarici işlər naziri Jan-Mark Eyro Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə məyus olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, XİN başçısı referendumun nəticəsinin Böyük Britaniya üçün də kədərli olduğunu vurğulayıb.

“Aİ fəaliyyətini davam etdirəcək, amma qurum insanların etibarını geri qaytarmalıdır. Bunu təcili eləmək lazımdır”, – deyə J.-M.Eyro qeyd edib.

Xatırladaq ki, BBC-nin məlumatına əsasən, Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə seçicilərin 52%-i Aİ tərkibindən çıxmağın lehinə səs verib. (Report, Reuters)