Azərbaycanda vətəndaşdan 11,8 kiloqram narkotik götürüldü

  • By admin
  • 11 Dekabr 2021 19:33

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi birgə əməliyyat keçirib.

Bu barədə Gununsesi.info-ya Xidmətdən bildirilib.

Məlumata görə, birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmamış Fərəcullazadə Ağamehdi Şakir oğluna məxsus ümumilikdə 11 kq 874 669 qr çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Gununsesi.info