Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI

  • By admin
  • 13 Aprel 2021 10:17

2021-ci ilin mart ayında yaşa görə pensiya alanların sayı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Gununsesi.info-ya verilən məlumata görə, yaşa görə pensiya alanların ümumi sayı 715 mindən çox olub.

Rəsmi məlumata görə, onların 60%-ni qadınlar, 40%-ni isə kişilər təşkil edib.