Azərbaycanda yeni siyasi partiya yaradılır – İctimai-siyasi fəallar təşəbbüs başlatdı

  • By admin
  • 07 Yanvar 2023 17:58

Azərbaycanda siyasi-ictimai fəallar Təşəbbüs Qrupu ilə yeni siyasi hərəkat başladıb.

Gununsesi.info xəbər verir ki, müxtəlif peşə növlərindən olan siyasi təcrübəsi olan insanlar başlatdığı siyasi hərəkata Xalqa Xidmət Hərəkatı adını verməklə yaxın gələcəkdə siyasi partiyaya çevriləcəklərini açıqlayıblar.

Təşəbbüs Qrupunun açıqladığı mətni sizə təqdim edirik:

 

“Biz, Təşəbbüs Qrupu olaraq “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun 94-cü və 96-cı maddələrini əsas alaraq, təşəbbüs qrupu ilə Azərbaycanda yeni siyasi hərəkat – Xalqa Xidmət Hərəkatının(XXH) yaradıldığını bəyan edirik. Bu qərar təşəbbüs qrupunun ümumi toplantısı zamanı alınıb. Verilmiş təklif yüksək qiymətləndirilib və say çoxluğu ilə qəbul edilib. Toplantı zamanı ölkədəki vəziyyət müzakirə edilib.

Xalqa Xidmət Hərəkatınn yaradılmasında məqsəd milli maraqların təmin edilməsi, xalqın yaşayışının yaxşılaşdırılması, hüquq və azadlıqların təminatı, iqtidar-müxalifət arasındakı düşmən münasibətlərinin aradan qaldırılması, şəffaflığa və qanunçuluğa əməl edilməsi, demokratik seçkilərin keçirilməsi, hakimiyyət orqanları arasında tarazlı bölgünün və işləyiş mexanizmasının yaradılması, sərbəst bazar münasibətlərinin təmin edilməsi, ədalətli biznes yarışının yaratmaqdır. Eləcə də, bütün sahələrdə müsbət addımların atılması və xalqa xidmət üçün ediləcək maksimum səylərin gerçəkləşdirilməsidir. Xalqın siyasi aktivliyini artırmaq, siyasi mühiti normallaşdırmaq, ölkədəki iqtidar-müxalifət münasibətlərinin düzəldilməsi də əsas hədəflərimiz arasındadır.

Düşünürük ki, Azərbaycanı düşmüş olduğu bu durumdan qurtarmaq siyasətdəki hər kəsin xalqa və vətənə milli və hüquqi borcudur. XXH-nin yığıncağı zamanı bütün siyasi partiyalara hörmətlə yanaşılması qərara alınıb. Vurğulanıb ki, hansı siyasi partiyadan gələrsə, gəlsin, xalqın və ölkənin əleyhinə mənfi addımların cavabı veriləcək. Sadaladığımız bu amillər, hüququn bizə tanıdığı haqlar və toplumdan gələn siyasi sifariş artıq bu siyasi hərəkatın yaradılmasını zərurət halına çevirib.

XXH-nin almış olduğu bu qərar, həm də iqtidara-müxalifətə bir çağırışdır. Həm də xalqımızı dərin problemlərin məngənəsindən qurtarmaq üçün atılmış addımdır. Hazırkı acınacaqlı durumdan ölkəni və xalqı qurtarmaq  yalnız iqtidarın deyil, həm də bunu həll etmək istəyən-istəməyən, çıxış yolları təklif edən-etməyən bütün siyasi qurumların borcudur. Birmənalı olaraq vurğulayırıq ki, bütün Azərbaycan siyasilərinin xalq uğrunda tək vücud halında birləşməməsi hər kəsi xalqın ətrafında birləşməyə çağıran, bunun aparıcı gücü olmaq istəyən XXH-nin yaradılmasını zərurətə çevirib. Hesab edirik ki, siyasi dialoqdan qaçmaq və ya dialoq zamanı ayrı-seçkilik etmək qəbuledilməzidr.

Xalqımız uğrunda bu çağırışımıza veriləcək cavablar, düşünürük ki, siyasilərin xalqa verilmiş cavabı və bu peşə üzrə bir imtahanıdır.

Bu hərəkat, adına uyğun olaraq, həm də xalqın haqlarının müdafiəsi ətrafında birləşmək, xalqa dəstək üçün yaradılıb.

Təşəbbüs qrupumuzun açıqladığı bu qərar yalnız XXH-nin yaradılmasının elanı deyil, həm də xalqın və ölkənin taleyini dəyişdirmək üçün bütün siyasi qurumlara, hər kəsə çağırışdır: haqqın, demokratiyanın və millətin ətrafında birləşməyə müraciətdir.

XXH-nin toplantısı zamanı iştirakçılar yekdilliklə irəliki zamanlarda Xalqa Xidmət Hərəkatının(XXH) siyasi partiyaya çevriləməsi üçün Təşkilat komitəsinin yaradılmasına qərar verib. Yaxın dönəmlərdə siyasi partiyanın yaradılması ilə bağlı Təsis qurultayı keçiriləcək. Bildiririk ki, artıq hərəkatla bağlı Facebook qrupu və səhifəsi yaradılıb. Sosial Mediada bir çox XXH-nin siyasi liderlərinin səhifələrində ölkədəki siyasi-ictimai problemlərlə bağlı mövzulara toxunulur. Təşəbbüs qrupu olaraq açıqlayırıq ki, hazırda paytaxtın bir neçə rayonlarında və bütövlükdə, ölkənin 18 rayon və şəhərində özək qolları yaradılıb.

Təşəbbüs qrupunu iştirakçıları arasında ağsaqqallar, siyasətçilər, jurnalist, hüquqşünaslar, ziyalılar, dindarlar, eləcə də digər peşə növlərindən olan insanlar var. Çoxluq etibarı ilə siyasi partiya təcrübəsi olan, siyasi partiyaların məclislərində yüksək vəszifə tutan, rayon təşkilat sədri, rayon təşkilat sədrinin müavini, aktiv siyasi-ictimai fəallar, Azərbaycan Xalq Cəbhəsində yer almış insanlardır.

Təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir:

 

Arzu Sayadoğlu:  Sədr – siyasətçi, jurnalist

Rövşən Əliyev: Sədrin müavini – hüquqşünas, qazi

Tural Qədiməlili : Sədrin Təşkilati məsələlər üzrə müavini – Siyasətçi

Tariyel Rəsulov: Sədrin Təbliğat məsələlərinə üzrə müavini – siyasi fəal

Hüsniyyə Məmmədova – hüquqşünas

Vüsalə Cəlilova: Evdar xanım, keçmiş müəllimə, siyasi fəal

Zəminə Uğurluyeva – dindar, siyasi fəal

Asif Hacıyev – Siyasi fəal, tikinti işçisi

Quliyev Tahir: Sənaye işçisi, siyasi fəal

Kamil Cəfərov: Siyasi fəal, tikinti mühəndisi

Niyaməddin Süleymanov– Siyasi fəal

Məhsun Yaqubov – Siyasi fəal

İlhamə Orucova    – Siyasi fəal

Sara Abdullayeva – Siyasi fəal

Ramil İbrahimov   – Siyasi fəal

Rəşidə Bağırova – Siyasi fəal

Quliyeva Gülnarə – Siyasi fəal

Gülər Mürvətova – Siyasi fəal

Rəvan Mustafayev – Siyasi fəal

Lamiyyə Bağırova – Siyasi fəal

Solmaz Əliyeva – Siyasi fəal

Qismət Allahverdiyev – Siyasi fəal

Sakit Haqverdiyev – Sənaye işçisi, siyasi fəal

Ümid Umudlu – Sənaye işçisi, siyasi fəal

Dilarə Əhədova – Siyasi fəal

Nihad Yusif – Jurnalist, ictimai fəal

Telli Həsənova – müxbir

Şahmar İsmayılov – Siyasi fəal

Sayad Məmmədov – Ağsaqqal

 

Təşəbbüs qrupunun bu qərarı mətbuata açıqdır. Alınmış bu qərar bütün siyasi partiyalara göndəriləcək.

Bu qərar bütün QHT, İctimai və Siyasi Birliklərə çağırış  xarakteri daşıyır.

Təşəbbüs qrupu ictimaiyyətə açıqdır: Xalqını sevən istənilən şəxs, siyasi qurum və təşkilatlar bu məqsədələrə dəstək verə bilər.

7 yanvar 2023-cü il”.

 

Gununsesi.info