Azərbaycanda yol nişanları və lövhələr oğurlanıb

  • By admin
  • 01 Aprel 2017 13:07

965174_474226

Azərbaycanda yol nişanı və alüminiumdan olan lövhə oğurlanıb.

Gununsesi.info “Report”a istinadən məlumat verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 78 yol nişanı və alüminiumdan olan 25 lövhə naməlum şəraitdə yoxa çıxıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info