Azərbaycandan keçən 213 kq heroin Gürcüstanda tutuldu -ŞOK

  • By admin
  • 13 İyun 2016 16:53

 

heroun

Azərbaycan üzərindən Hollandiyaya aparılan 213 kq heroin tutulub. Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan gömrükçüləri Batumi limanında həyata keçirdikləri əməliyyat zamanı avtomobil qoşqusunda 213 kq heroin aşkar edərək götürüb. Gürcüstan daxili işlər nazirliyinin verdiyi məlumata görə, əldə edilən gizli məlumat əsasında Batumi liman gömrüyündə həyata keçirilən zaman 356 bağlamada tqribən hər birində 600 qram olan heroin aşkar edilib. Bu da ümumilikdə 213 kq heroin edir. Məlumatda o da qeyd olunur ki, avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Gürcüstan DİN-də cinayət işi açılıb və araşdrma aprılır.  Artıq bu ikinci faktdır ki, Azərbaycan üzərində Gürcüstana keçən yüksək həcmli narkotik maddə saxlanılır.

Mövzunu davam etdirəcəyik.