Bu rənglər insanlara əks təsir göstərir

  • By admin
  • 13 İyun 2016 16:53

 insan

 

Melanopsinin (görmə prosesində bilavasitə iştirak edən fotopiqment, opsinlərdən biri) bütün heyvanat aləminə təsiri elmə məlumdur. Bu maddə gündüz ritmlərinin formalaşmasında iştirak edir. Alimlər düşünürdülər ki, göy rəng yuxugətirici təsir göstərir, axı onun dalğasının uzunluğu melanopsin piqmentinə daha intensiv təsir göstərir, amma eksperiment bu nəzəriyyəni təkzib edib. Gununsesi.info Qərb mətbuatına istinadən bildirir ki, Britaniyanın Oksford Universitetinin bir qrup tədqiqatçısı müxtəlif rənglərin yuxu prosesinə təsirini öyrənməyə çalışıb. Eksperiment zamanı laboratoriya siçanlarını işıq mənbələri müxtəlif olan qəfəslərə salıblar. Heyvanlar yaşıl işıqda rahat yuxuya gediblər, göy rəng isə əksinə, siçanları qıcıqlandırıb, onları daha da fəallaşdırıb. Alimlər hesab edirlər ki, nəticə çıxarmaq və bunu insana şamil etmək hələ tezdir. Çox ehtimal ki, bu rənglər insanlara əks təsir göstərir. Axı biz gecələr, gəmiricilər isə gündüzlər yatmağa öyrəşib.

Gülnaz Qənbərli